<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>519</hymn_number>
<title>Səndən uzaq idim bu dünyada İL519</title>
<lyrics>[V1]
 Səndən uzaq idim bu dünyada
 Səni axtarmırdım.
 Rəbbim, Özün axtarıb tapdın məni
 Dəvət etdin yanına məni.

[C1]
   Mən xəbərsizkən sevirdin məni
   Məhəbbət Allahım, sevinc Allahım.
   Möhkəm tut Müqəddəs əllə məni
   Əbədi Allahım, sadiq Allahım.

[V2]
 Gücsüzəm, zəifəm Sənsiz, Məsihim,
 Həyatda Sənlədir arzu, diləyim.
 Rəbbim, Xilaskarım, Allahım mənim
 Axıradək olaydım övladın Sənin.

[V3]
 Müqəddəs Ruh ilə doldun qəlbimə,
 Əbədi qurtuluş bəxş etdin mənə.
 Məhəbbət toxumu səpdin qəlbimə,
 Alqışlar, izzətlər, şükürlər Sənə!</lyrics>
</song>